Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Kərə yağının istehsal xərci ilə satış qiymətindəki təzad

Kərə yağının istehsal xərci ilə satış qiymətindəki təzad

“Bu gün yerli süd məhsulları bazarında qeyri-şəffaf rəqabət mövcuddur. Bir çox xırda emal müəssisələri bazara aşağı keyfiyyətli məhsullar təklif edir, istehlakçıları bilərəkdən və ya bilməyərəkdən çaşdırırlar”.

Bakupost.az -ın məlumatına görə, bunu Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, bəzi keyfiyyətsiz məhsullar istehlakçılara çox bahalı, keyfiyyətli məhsul kimi təqdim edilir.

Samir Eyyubov buna misal olaraq, kərə yağlarını göstərib: “1 kq 82,5 % əsl kərə yağı əldə etmək üçün 22-24 litr südə ehtiyac var. Xam südün orta satış qiymətini 0,6 qəpikdən hesabladıqda kərə yağının satış qiymətinin ən azı 14 manat olması lazımdır. Ancaq piştaxtalarda 9-10 manata “Nehrə yağı” satılır ki, onun tərkibinin də minimum 50 %-i bitki mənşəli yağ qatqısıdır. Bitki mənşəli yağ dedikdə, əksər hallarda bu insan orqanizminə zərərli olan palma yağı nəzərdə tutulur”.

Samir Eyyubov ölkədə süd qəbulu məntəqələrinin fəaliyyətini də qənaətbəxş saymır.

Assosiasiya sədrinin fikrincə, məntəqələrin müasirləşməyə ehtiyacı var: “Əksər hallarda elementar standartlar qorunmur, ucuz süd tədarük edilir və sonradan qeyd etdiyim kimi keyfiyyətsiz süd məhsulları emalçılarına satılır. Yeni məntəqələrin yaranması qaçılmazdır. Lakin onların kim tərəfindən yaradılacağı və idarə ediləcəyi müzakirə mövzusudur. Bildiyimizə görə, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə tədbirlər planı hazırlayır”.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …