Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? (VİDEO)

Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? (VİDEO)

Azərbaycana idxal edilən kərə yağına tətbiq edilən gömrük rüsumunun 15 faizdən 5 faizə endirilməsindən sonra qiymətlərin enəcəyi proqnozlaşdırılırdı.
Çünki rüsumların azaldılması sahibkarlara qiymətləri aşağı salmağa imkan verirdi. Amma proqnozlar özünü doğrultmadı.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, araşdırmalar göstərir ki, qiymətlər yalnız yanvar ayının əvvəlində cəmi 50-60 qəpik civarında enib. Sonradan bu tendensiya davam etməyib. Halbuki, qiymətlər 2-3 manat enməli idi.
Vüqar Bayramov deyir ki, bu müddət ərzində kərə yağının idxal olunduğu ölkələrdə də yağın qiyməti dəyişməyib. Yəni yerli sahibkarlar xaricdə qiymət artımını bəhanə edə bilməzlər.
İqtisadçı ekspertin fikrincə, ölkə qanunvericiliyi qiymətləri tənzimləməyə imkan verir. Odur ki, bazarlarda monitorinqlər aparılmalıdır. İdxal edilən kərə yağının qiymətinin bundan sonra necə olacağı hələlik bəlli deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …