Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları artdı

Kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları artdı

Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 191,5 milyon manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, ən çox artım balıqçılıq (14,7 dəfə) və balıqyetişdirmə (4,5 dəfə) qruplarında olub, artıma töhfə əsasən birillik bitkilərin becərilməsi (48,5 milyon manat), heyvandarlıq (22,5 milyon manat) və kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi (8,9 milyon manat) qruplarından irəli gəlib. Ağac tədarükü (-85,4 faiz), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20,8 faiz) və bitkilərin çoxaldılması (-20,7 faiz) qruplarında isə azalma qeydə alınıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …