Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / İqtisadiyyat / Kərimovdan sonrakı Özbəkistan – Necə olacaq?

Kərimovdan sonrakı Özbəkistan – Necə olacaq?

Kərimovdan sonra Özbəkistanda siyasi sabitliyin pozulması və radikal dini cərəyanların aktivləşməsi ehtimalı nə qədər mümkündür?

Sülhəddin Əkbər: “Özbəkistanda ictimai-siaysi sabitliyin pozulmasında maraqlı olan qüvvələr və yaxud da hakimiyyət dəyişikliyindən narazı qalan qüvvələr sabitliyi poza bilərlər”
“Əgər Özbəkistanda rejim olduğu kimi saxlanılacaqsa və yalnız varis dəyişiləcəksə, ictimai sabitliyi qorumaq mümkün olacaq”
Bu sözləri Kərimovdan sonra Özbəkistanda siyasi sabitliyin pozulması və radikal dini cərəyanların bu önəmli Orta Asiya ölkəsində aktivləşməsi ehtimalını siyasi şərhçiSülhəddin Əkbər PİA.AZ-a şərh edərkən bildirib.
Xəbər verdiyimiz kimi Özbəkistan prezidenti İslam Kərimov ötən şənbə insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. Həmin gündən də İslam Kərimovun səhhəti barədə müəmmalı xəbərlər yayılmaqda davam edirdi. Ötən gün isə Özbəkistan hökuməti İslam Kərimovun kritik durumda olduğunu açıqlamışdı və bu açıqlama hazırlanan vaxt Özbəkistan prezidentinin ölüm xəbəri yayıldı.
Kərimovdan sonra Özbəkistanda siyasi sabitliyin pozulması və radikal dini cərəyanların bu önəmli Orta Asiya ölkəsində aktivləşməsi ehtimalı nə qədər mümkündür və Qərb Kərimovun ölümündən istifadə edib Rusiyanın nüfuz dairəsində xaos yaratmaq üçün hərəkətə keçə bilərmi? Ümumilikdə Orta Asiyada sabitliyin qarantlarından biri olan Kərimovun ölümü post sovet məkanına və ayrılıqda Azərbaycana necə təsir edə bilər?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbərin fikirlərini öyrənib.

Sülhəddin Əkbər: “Özbəkistandakı bu sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələr də öz istəklərini həyata keçirməyə çalışa bilərlər”.

Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri qeyd edib ki, Özbəkistandakı indiki vəziyyətə görə kokret ehtimal irəli sürmək çətindir. Çünki Rusiya da Özbəkistanda sabitliyin pozulmaması üçün artıq hərəkətə keçibdir:
“Bu cür avtoritar rejimdə dövlət başçılarının dəyişməsi həmişə belə narahatçılıq yaradır. Belə vəziyyət müvəqqəti olsa da ictimai sabitliyə öz təsirin göstərir. Özbəkistanda da əsas proses hakimiyyətin ötürülməsindən asılı olacaq. Əgər rejim olduğu kimi saxlanılacaqsa və yalnız varis dəyişiləcəksə, ictimai sabitliyi qorumaq mümkün olacaq. Amma indi bəlli olur ki, Özbəkistanda öncədən varis elan olunmayıb. Buna görə də ölkədə müəyyən çalxantılar ola bilər. Həm də Özbəkistanda ictimai-siaysi sabitliyin pozulmasında maraqlı olan qüvvələr və yaxud da hakimiyyət dəyişikliyindən narazı qalan qüvvələr, (bildiyimiz kimi Özbəkistanda daxili sabitliyi pozmaq istəyən qüvvələr var), sabitliyi poza bilərlər. Eyni zamanda Özbəkistandakı bu sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələr də öz istəklərini həyata keçirməyə çalışa bilərlər. Bütün bu ehtimallar var.
Bildiyimiz kimi Özbəkistanın müxalifəti olan “Özbəkistan İslam hərəkatı” (ÖİH) Əfqanıstanda İŞİD-lə bir yerdə vuruşur. Hətta verilən təşkilat məlumatlara görə bu müxalifətin 3500-dən çox silahlı qüvvələri var. Yəni yaxın həftələrdə Özbəkistanda hansı hadisələrin baş verəcəyin biləcəyik. Ona görə kokret ehtimal irəli sürmək çətindir. Çünki Rusiya da Özbəkistanda sabitliyin pozulmaması üçün artıq hərəkətə keçibdir.

Sülhəddin Əkbər: “Özbəkistanın müxalifəti olan “Özbəkistan İslam hərəkatı” (ÖİH) Əfqanıstanda İŞİD-lə bir yerdə vuruşur”.

Bütün bunlara görə yaxın həftələrdə hadisələrin gedişindən müəyyən bir nəticəyə gəlmək olar. Yəni Özbəkistanın daxilində siyasi, ictimai-siyasi proseslər hansı istiqamətdə gedəcək, eyni zamanda Özbəkistanın ətrafında bu proseslərin necə gedəcəyi müəyyən olunacaq. Onu da qeyd edim ki, ölkədə ictimai-siyasi sabitliyin pozulması ehtimalı var. Amma bu ehtimalın gercəkləşməsi və nə dərəcədə reallaşması çoxlu fakturlardan asılı olduğuna görə bir qədər gözləməyə ehtiyyac var.
Ümumiyyətlə post sovet deyilən məkan da, onun elitaları da, cəmiyyətləri də anlamalıdır ki, müasir dünyada inkişaf demokratiyadan, sənayeləşmədən keçir. Sabitliyin əsasında da demokratiya durmalıdır. Çünki hakimiyyətin yeganə mənbəyi xalqdır. Əgər sabitlik bir nəfərin şəxsinə bağlanırsa, günün birində də o müəyyən səbəblərə görə siyasi səhnədən çəkiləndə narazılıqlar başlayır. Ona görə də, xalqa, demokratik sabitliyə arxalanmaq lazımdır. Əgər hakimiyyətin mənbəyi xalqdırsa, sabitliyin əsası da demokratikdirsə, onda hakimiyyətdə kimin olmasından asılı olmayaraq o demokratik sabitlik də uzun müddətli olur”.

Həmçinin oxuyun

Azərbaycan ən çox Rusiyaya məhsul ixrac edib

Cari ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət …

Bir cavab yazın