Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Kərə yağı ucuzlaşdı – Fotolar

Kərə yağı ucuzlaşdı – Fotolar

Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması həftəsonu kərə yağının qiymətinə təsir edib.

Azinforum.az  Musavat.com-a istinadən xəbər verir ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan “Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. “Westgold” kərə yağının qiymətində də endirim qeydə alınıb. Belə ki, bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 AZN-dir.

Satıcıların bildirdiyinə görə, hələlik yalnız adıçəkilən kərə yağlarının qiyməti enib, bu isə gömrük rüsumlarının aşağı salınması ilə bağlıdır. Hələlik endirimlər duru yağlara tətbiq olunmayıb. Ancaq 2018-ci ilin ilk ayından kərə yağının digər növlərinin qiymətinin də azalacağı, həmçinin qiyməti artıq aşağı düşmüş yağ növlərinin bir daha ucuzlaşacağı barədə xoş xəbər var.

 



Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …