Cümə , Avqust 12 2022
Ana səhifə / İqtisadiyyat / Kəndlilər yenə kartof-soğanı sata bilmir – ŞƏRH

Kəndlilər yenə kartof-soğanı sata bilmir – ŞƏRH

Neçə illərdir ki, azərbaycanlı fermerlərin məhsullarını – xüsusən kartof-soğan, kələm, çöl pomidoru – sata bilməməsi tendensiyası davam edir. Hazırda da eyni vəziyyətdir. Kəndlilər deyir ki, kartof-soğanı maya dəyərinə belə  sata bilmirlər. Buna dair sosial şəbəkələrdə son günlərdə xeyli video, açıqlama yayılıb.

Bakıda isə bu yerli məhsullar heç də ucuz deyil.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeronda vaxtaşırı “Kənddən şəhərə” yarmarkaları keçirsə də, qiymətlərdə hələ ki dəyişiklik hiss olunmur.

Niyə belə vəziyyət yaşanır? İdxal malları yerli məhsulların satışı əngəlləyir, yoxsa keyfiyyət, tələb-təklif məsələsidir?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, burada əsas problem bazardakı monopoliya, inhisarçı amillərin mövcud olması ilə bağlıdır. Çünki əgər istehsalçının və tədarükçünün bazara çıxış imkanı yoxdursa, deməli, ortada ancaq izah olunan bir məqam qalır ki, həmin bazar  başqa qüvvələrin nəzarəti altındadır.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” - Açıqlama

Pərviz Heydərov: “Bu problemi həll etmək üçün hökumətdən nəsə tələb edə bilmərik, çünki… ”

Burada həmçinin idxal məhsullarının da rolu var. Bundan başqa, yerli istehsalçıların bazara daxil olarkən məhsullarının ziyanlaşması problemi də ola bilər. Ümumiyyətlə, hesab edirəm ki, pərdəarxası çox sayda subyektiv səbəblər mövcud ola bilər.

Neçə illərdir ki, dövlət və hökumət, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nə qədər iş və siyasət aparsa da, faktiki olaraq heç bir dəyişiklik baş vermir. Elə indi də yarmarkalar təşkil edildi. Amma bu yarmarkaların özləri bazardakı qiymətin müəyyən olunmasına, formalaşamasına təsir edə bilmədi və vəziyyət bu cür davam edir. Bu, yerli kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksək olması ilə də bağlıdır. Yəni yerli istehsala və tədarükə məxsus məhsulların maya dəyəri yüksəkdir və o, bazara daxil olanda üzərinə əlavə haqq gələndə məhsulun qiyməti elə bir formaya gəlib çıxır ki, həmin bazarda onun satılması məsələləri artıq problemə çevrilir.

İstehsalçı və tədarükçülərin bazarlarla bağlı şikayətləri onların bazarlara əlçatanlığının pis olması ilə deyil, öz məhsullarını bazara çıxarıb sata bilməməkləri ilə bağlıdır.

Bir məsələ də var ki, bu problemi həll etmək üçün hökumətdən nəsə tələb edə bilmərik, çünki hökumət nəzarətdə olan  inhisarçı sahiblər deyil ki, birbaşa müdaxilə etsin ki, “ay satıcı, sən məhsulu bu qiymətə deyil, ucuz qiymətə sat”. Bunu heç cür tənzimləmək mümkün deyil.

Beləliklə, burada əsas amil – aqrar məhsullardan tutmuş meyvə və digərə qədər, onların maya dəyərinin yüksək olması ilə bağlı problemi aradan götürmək, buna nail olmaq lazımdır.

Digər bir məsələ də var, əksər rayonlarımızda meyvə-tərəvəz emalı, konserv zavodları var. Həmin zavodların hamısı demək olar ki, yaxşı işləyir. Lakin camaatın həyətyanı sahələrində əkib-becərdiyi məhsulları əlində qalıb. Bəs yaxşı, əgər zavod  işləyirsə, hansı məhsullarla işləyir? Əlbəttə ki, bunlar “poroşok”, kənardan alınan meyvə tozu məhsullardır, hansı ki, onların maya dəyəri həddən artıq  aşağı olduğuna görə xammalla işləməkdən, kəndlinin əlində qalıb, çürüməkdə olan məhsulu almaqdan sərfəlidir. Yəni belə amillər də var. Kəndli də məhsulunu maya dəyərindən aşağı sata bilməyəcək. Çünki onun da başqa tələbləri var, bazara nəsə verəndə, həm də bazardan nəyisə də alır”.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli: “Təcili surətdə ”tarladan süfrəyə” sisteminə ehtiyac var”

İqtisadçı Natiq Cəfərli isə qeyd etdi ki, problemin əsas səbəbi məhsulların birbaşa çatdırılması ilə bağlıdır:

“Bir müddət əvvəl  Azərbaycan hökuməti ”tarladan süfrəyə  konsepsiyası”nı qəbul etmişdi, lakin bunu reallaşdıra bilmir. Yəni elə bir sxem qurulmalıdır ki, mal və məhsulların tarladan süfrəyə, fermerlərdən əhaliyə çatdırılması daha asanlaşsın və fermerlərə rahat olsun. Fermerlər hər gün yığdıqları məhsulu gətirib bazarda sata  bilməz və bu fiziki olaraq da mümkün deyil, həmçinin xərc də tələb edir. Gündə hər bir fermer kənddən 3-5 yeşik meyvə-tərəvəz yığırsa, onu hər dəfə gətirib sata bilmir. Elə bir sistem  qurulmalıdır ki, eyni kənddən olan insanlar növbəlilik prinsipi ilə bazara birbaşa məhsul çıxara bilsin. Bu, əslində heç çətin bir şey də deyil. Kifayət qədər asanlıqla bu sistemi  qurmaq mümkündür, lakin təəssüf ki, hələ də bu qurulmayıb. Nəticədə fermerlər öz məhsullarını daha ucuz satmağa məcbur olur, Bakıda isə qiymətlər düşmür. Hesab edirəm ki, təcili surətdə “tarladan süfrəyə” sisteminə ehtiyac var”.

Bakıda meyvə-tərəvəzin qiymətinin yüksək olmasına gəldikdə isə məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Lent.az saytına açıqlamasında bildirib ki, bazarlarda qiymətlər tələb-təklif əsasında müəyyən edilir:

“Qiymətlərini dövlət tənzimləməyən malların, işlərin, xidmətlərin, o cümlədən meyvə-tərəvəzin qiymətini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən edir. Ölkəmizdə meyvə-tərəvəz məhsulları əsasən fərdi təsərrüfatlarda yetişdirilir və istehlak bazarına təqdim edilir. Buna görə də onların qiymətlərinin formalaşmasına mövsümi amillər, regionlardan bu cür məhsulların tədarük edilərək paytaxt və digər iri şəhərlərə satış üçün daşınması ilə bağlı müvafiq xərclər, hava şəraiti ilə əlaqədar yığılan məhsulların yararsız hissəsinin maya dəyərinə əlavə olunması və digər amillər təsir edir. Keyfiyyətinə, mənşəyinə və digər xüsusiyyətlərinə görə istehlak bazarının müxtəlif məntəqələrində (bazarlar, yarmarkalar, şəbəkə və müstəqil pərakəndə satış mağazaları və s.) fərqli qiymətlərlə meyvə-tərəvəz məhsulları təklif olunur. İstehlakçılar öz ehtiyaclarına görə keyfiyyəti və qiyməti onlara daha sərfəli olan məhsulları seçərək ala bilərlər.

Əlavə olaraq bildiririk ki, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər keçirir. Əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti istehlak bazarında gündəlik monitorinqlər aparır. Tədbirlər çərçivəsində Dövlət Xidməti həmçinin bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır”.

Həmçinin oxuyun

AZAL-ın qiymətləri utancvericidir – Çingiz Qənizadə

“Ötən gün Bakı hava limanında elektrik enerjisinin verilişində uzun müddət fasilə yaranması xoşagələn hal deyil. Hesab edirəm …