Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Kənd Təsərrüfatı Nazirliyi bu il 1 700 nəfəri borca görə məhkəməyə verib

Kənd Təsərrüfatı Nazirliyi bu il 1 700 nəfəri borca görə məhkəməyə verib

Hazırda Azərbaycan əhalisinin təxminən 37%-i kənd təsərrüfatı sahəsində çalışır.

Bunu 1 noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
H.Əsədovun sözlərinə görə, dövlət başçısının da dediyi kimi, neft gəlirlərinin artdığı, əhalinin asan gəlir əldə etdiyi dövrdə kənd təsərrüfatına göstərilən diqqət kifayət qədər olmayıb: “Son 4 il ərzində 260-a qədər Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları qəbul olunub. Bu, hər həftəyə bir fərman, qərar yaxud sərəncamın dəyişilməsi deməkdir”.
Nazir qeyd edib ki, “Aqrolizinq” ASC son 4 ildə 20 mindən çox texnika gətirib: “Bu il ərzində isə 10 min texnika gətirilib. Bu isə hər ay 800 texnikanın gətirilməsi, satışı və quraşdırılması deməkdir. “Aqrolizinq”lə bu işə başlayanda mənə deyirdilər ki, siz uğursuz işlə məşğul olursunuz”.
H.Əsədov Nazirliyin məhkəmə çəkişməsindən də danışıb: “O gün hüquq şöbəsini qəbul etmişəm. Mənı deyirlər ki, təkcə bu il kənd təsərrüfatı texnikasına görə borcunu ödəməyən 1 700 nəfəri məhkəməyə vermişik”.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …