Cümə , Avqust 23 2019
Ana səhifə / İqtisadiyyat / Kəmaləddin Heydərovun şirkəti cərimələndi

Kəmaləddin Heydərovun şirkəti cərimələndi

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkənin böyük holdinqlərindən biri “Gilan Holding” MMC-ni xaric ilə valyuta əməliyyatları ilə bağlı nöqsana görə cərimələməsinin icrasına xitam verilib. 

17 iyul 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsində “Gilan Holding”i Palata 430.4-cü maddəsi ilə inzibati iş üzrə cərimələyibmiş. Məslə ilə bağlı şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Cərimə məbləğinin hansı valyuta və ya məbləğdə olunmasına dair heç bir detallar açıqlanmlr.
Adıçəkilən məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Gilan Holding” turizm, tikinti və sənaye sektoru üzrə bir neçə törəmə şirkətlərə sahibdir. Holdinq 2019-cu ilə qədər “AFB Bank” və “Azsığorta” kimi maliyyə qurumlarında əsas səhmdar idi.
Şirkətin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Banker.az

Həmçinin oxuyun

Komitədən dövlət müəssisələrində çalışanlara güzəşt

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək …