Şənbə , May 25 2019
Ana səhifə / İqtisadiyyat / Kəbədə ölənlərin sayı 87-yə çatdı

Kəbədə ölənlərin sayı 87-yə çatdı

Son informasiyalara görə, qəzada ölən Türkiyə vətəndaşlarının sayı 2 nəfərə çatıb. 

Bütövlükdə isə ölən zəvvarların 87-ə yüksəlib. 184 nəfər isə yaralanıb.

*   *   *23:14

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “əl-Ərəbiya” telekanalı xəbər verib.

Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.

Hadisə “Məscidül-Həram” məscidinin genişləndirilməsi işləri zamanı baş verib.

Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.

 

*     *      * 21:11

Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

APA-nın məlumatına görə, dağıntılar altında qalanlar var.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.

*   *   *20:11

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib.

Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

Həmçinin oxuyun

Neft bazarında gözlənilməz ucuzlaşma: Nə qədər davam edəcək? – ŞƏRH

Neft qiymətləri ABŞ-dakı xam neft ehtiyatların artması və ticarət gərginliyinin təsiri ilə düşür.  “Brent” neftinin …

Bir cavab yazın