Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Jirinovskidən şok müsahibə: “Güc Şərqin əlinə keçir”

Jirinovskidən şok müsahibə: “Güc Şərqin əlinə keçir”

Biz Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləyirik. Çünki hər kəsin bildiyi kimi, güc Şərqin əlinə keçir.
Bunu Türkiyədə səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Ahaber”ə müsahibəsində deyib.
“ŞƏT-in üzvü olmaq böyük şərəfdir. Gələcəkdə bu təşkilatda Qırğızıstan, Özbəkistan və digər türk dövlətləri də təmsil olunacaq. Bundan əlavə, mən təklif edirəm ki, Rusiya, İran, Türkiyə və Suriya ayrıca bir ittifaq yaratsın. Bu ittifaqın sayəsində biz bir çox layihələri həyata keçirə bilərik”, – Jirinovski vurğulayıb.
15 iyul hərbi çevriliş cəhdinə münasibət bildiriən Jirinovski qeyd edib ki, Rusiya hər zaman Türkiyə xalqının və iqtidarının yanındadır:
“Türkiyə ABŞ meylli qüvvələrlə qarşı-qarşıya qaldı. Biz çox sevinirik ki, məlum hadisələrdən sonra məktəblər, dövlət qurumları pis insanlardan (FETÖ-çular nəzərdə tutulur – red.) təmizləndi. Cənab Ərdoğan bu qiyamın qarşısını ala bildi. ABŞ və Avropa da bilməlidir ki, Türkiyədə qiyam cəhdi olarsa, Rusiyanı da qarşılarında görəcəklər”.
Qeyd edək ki, Jirinovski hazırda Ankarada səfərdədir.(Axar.az)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın