Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Jirinovski “batan Poroşenko və Ərdoğan”la bağlı sualı necə cavablandırdı?

Jirinovski “batan Poroşenko və Ərdoğan”la bağlı sualı necə cavablandırdı?

RLDP rəhbəri Vladimir Jirinovski Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış “Poroşenko və Ərdoğan batsa idilər, siz kimi birinci xilas edirdiniz” sualınaı öz mövqeyini bildirib.

Müvafiq sualı siyasətçiyə LifeNews nəşrinin müxbiri verib.

“Mən onları bir müddət suda saxlayardım, boğulmağa başlayanda isə hər ikisini saçlarından tutub çıxarardaraq üz-üzə qoyardım ki, onlar başa düşsünlər – biri qərbdə, biri isə cənubda bizə ziyan vurur. Onların hər ikisi bizim qarşımızda günahkardır”, – Jirinovski deyib.

Liberal-demokratların lideri qeyd edib ki, Ərdoğan rusiyalı pilotun ölümünə görə və Suriyada “isalm döyüşçülərinə” dəstək verdiyi üçün “daha pisdir”.

“Petr Alekseyeviçi (Poroşenkonu) isə mən saçlarından yapışıb çıxarar və “Yeni Rusiya”ya müstəqillik verməyə məcbur edərdim”, – deyə siyasətçi qeyd edib.(oxu.az)

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın