Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / İtkin düşmüş təyyarənin qalıqları tapıldı

İtkin düşmüş təyyarənin qalıqları tapıldı

Mozambikdə “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” təyyarəsinin yeni qalıqları tapılıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bəyan edib.
“Aparılan tədqiqatlara əsasən məlum olub ki, Mozambikdə aşkarlanan qalıqlar məhz “Malaysia Airlines” aviaşirkətinin itkin düşmüş təyyarəsinə məxsusdur”, deyə D.Çester bildirib.
Bundan əvvəl təyyarənin qalıqları Fransanın Reyuniyon adası və Cənubi Afrika Respublikası sahillərində tapılıb.
Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən “Boeing-777″ sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın