Cümə , Oktyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / İtaliya TAP-ın tikintisinə “yaşıl işıq” yandırdı

İtaliya TAP-ın tikintisinə “yaşıl işıq” yandırdı

İtaliyanın baş naziri Cüzeppe Konte Trans Adriatik boru kəmərinin (TAP) tikintisi üçün “yaşıl işıq” yandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə bir sıra öhdəliklər daşıyan bu layihəyə artıq müdaxilə etmək mümkün deyil”, – Konte deyib.
Baş nazir əlavə edib ki, qaz kəmərinin tikintisinə mane olmaq İtaliyaya “on milyardlarla avro”ya başa gələ bilər.
Qeyd edək ki, ümumi dəyəri 4,5 milyard avro olan TAP layihəsi Cənub Qaz Dəhlizinin bir hissəsidir və TANAP layihəsi ilə Türkiyə-Yunanıstan sərhədində birləşəcək.
Layihə çərçivəsində ilkin olaraq ildə 10 milyard kubmetr qazın hasil olunması planlaşdırılır. Layihənin 2020-ci ildə yekunlaşdırılması və elə həmin ildə də ilk Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur.(oxu.az)

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …