Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / İqtisadiyyat / İtaliya şirkət səhvini düzəltdi: “Azərbaycan xalqından üzr istəyirik”

İtaliya şirkət səhvini düzəltdi: “Azərbaycan xalqından üzr istəyirik”

İtaliyanın Caviar şirkəti Ayfon telefonlarındakı dizaynına görə Azərbaycandan üzr istəyib.

Buna səbəb “Apple” şirkətinə məxsus telefonların “Atlante Armenia” dizaynıdır. Belə ki, həmin “iPhone”-ların üzərində Azərbaycanın işğal edilmiş torpaqları və separatçı respublikanın gerbi əks olunub.

“Biz Ermənistan Respublikasına həsr edilən telefonların dizaynının yaratdığı narahatlıq və mənfi hisslərə görə bütün Azərbaycan xalqı qarşısında üzr istəyirik. Biz azərbaycanlı müştərilərlə brendimiz arasındakı isti və dostluq münasibətlərini yüksək qiymətləndiririk. Buna görə də biz bu hadisəyə və telefonun dizaynında istifadə edilən simvolların yanlışlığı haqqında daxil olan məlumata dərhal reaksiya verdik və narazılıq yaradan modeli satışdan götürdük. Hal-hazırda o, bizim rəsmi saytımızda göstərilmir. Biz məsələnin araşdırılması və onun həlli yollarının axtarılması ilə məşğul oluruq. Bu qədər əhəmiyyətli tarixi məsələyə lazımi diqqəti ayırmadığımız üçün bir daha üzr istəyirik. Sizin anlayışınıza və qarşılıqlı münasibətlərimizin qorunub saxlanacağına ümid edirik”, – deyə Caviar-ın rəsmi müraciətində bildirilib.

Qeyd edək ki, Caviar-ın yeni kolleksiyası “Atlante” adlanır. Bu kolleksiyada Rusiya, İtaliya, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan, Qazaxıstan və Ermənistanın rəsmi simvolları ilə bir neçə telefon modeli istehsal edilib. Hazırda, həqiqətən də, Caviar-ın saytında “Atlante” kolleksiyasında Ermənistandan başqa yuxarıda adları çəkilən bütün ölkələrin kolleksiyaları əks olunub. (ANSPRESS)

Həmçinin oxuyun

Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə 2019-cu ilin 9 …

Bir cavab yazın