Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İtaliya karabinerləri Azərbaycan kəmərinə qarşı çıxanlarla döyüşür, yaralılar var

İtaliya karabinerləri Azərbaycan kəmərinə qarşı çıxanlarla döyüşür, yaralılar var

İtaliyanın cənubundakı Puglia bölgəsinin sakinləri Azərbaycan qazını Avropaya çıxaracaq Transadriatik Qaz Kəmərininin (TAP) tikintisini əngəlləmək üçün kəmərin marşrutu üzərində etiraz aksiyalarını davam etdirirlər.

Virtualaz.org “Euronews” telekanalına istinadən xəbər verir ki, növbəti belə etiraz ötən gün olub. “No Tap” komitəsinin təşkil etdiyi aksiya zamanı sakinlər TAP-ın tikintisinin getdiyi əraziyə-çoxillik zeytun bağlarına daxil olmağa çalışıblar. Lakin onlara İtaliya polisinin xüsusi təyinatlıları-karabinerlər müdaxilə edib.

Xatırladaq ki, kəmərin marşrutu üzərində yerləşən 200-dən çox çoxillik zeytun ağaclarının köçürülməsi nəzərdə tutulur. Ötən həftə TAP şirkəti ağaclardan 4-nü çıxarıb. Lakin dərhal kəmərə qarşı çıxan qüvvələr zeytun ağaclarını bəhanə edərək TAP-a qarşı aksiyaların yeni dalğasını başladıblar. Bu aksiyaların təşkilatçısı olan “No TAP” komitəsi İtaliya parlamentində 22 faiz səslə təmsil olunan “5 Star” hərəkatı tərəfindən təşkil olunub. Hərəkat Rusiyaya yaxın hesab edilir.

Xəbərə görə sakinlərlə karabinerlər arasında baş vermiş qarşıdumada bir neçə nəfər yaralanıb. Habelə aksiyalardan sonra ərazidə zeytun ağaclarının köçürülməsi təxirə salınıb. TAP şirkəti bildirir ki, ağacların sökülməsi aprelin sonuna qədər başa çatdırılmasa kəmərin tikintisi payıza qədər təxirə düşə bilər. İtaliya hökuməti kəmərin zeytun bağlarının ərazisindən keçməsini təsdiqləyib. “No TAP” komitəsi isə kəmərin zeytun bağlarına və ətraf mühitə zərbə vurduğunu iddia edir.

 

 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın