Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İstirahət günləri spirtli içkilər satılmasın! – SƏHİYYƏ NAZİRLİYİ…

İstirahət günləri spirtli içkilər satılmasın! – SƏHİYYƏ NAZİRLİYİ…

Səhiyyə Nazirliyi istirahət günləri alkoqollu içkilərin satışının dayandırılması təklifi ilə çıxış etdi.
Moderator.az “İzvestiya” nəşrinə istinadla  xəbər verir ki, söhbət Rusiyadan gedir.
Ölkənin Səhiyyə Nazirliyi təklif edir ki, sözügedən müddəa Dövlət Elmi Tədqiqat Profilaktik Tibb Mərkəzi(DETPTM) tərəfindən hazırlanmış 2025-ci ilədək əhalinin sağlam həyat ərzinin formalaşdırılıması Strategiyasına daxil ediləcək.
Ekspertlərin fikrincə, ölkədə əhali arasında alkoqolizmin profilkatikası üçün dövlət tərəfindən görülən tədbirlər, o cümlədən alkoqollu içkilərin yerə və vaxta görə məhdudlaşdırılması istiqamətindəki işlər kifayət etmir. DETPTM-in mütəxəssisləri istirahət günləri spirtli içkilərin satışının qadağan olunması ilə bağlı tədbirlərin effekt verəcəyinə inanırlar.
Xatırladaq ki, bu günlərdə Rusiyada keçirilmiş “Ayıqlıq reytinqi”nə görə ölkənin ən çox alqokol qəbul edilən regionları: Maqadan və Çukotka muxtar dairələri və Komi Respublikasıdır. Ən ayıq regionlar isə Çeçenistan, Dağıstan və İnquşetiya respublikalarıdır.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın