Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / İqtisadiyyat / İstehlak kreditlərinə dair yeni məhdudiyyət müəyyənləşib

İstehlak kreditlərinə dair yeni məhdudiyyət müəyyənləşib

Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.

Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da dəyişiklik edib.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.

Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir. (apa)

Həmçinin oxuyun

Banklar kredit kooperativlərinə verdikləri kreditlər barədə Mərkəzi Bankı məlumatlandıracaq

Mərkəzi Bankın İdarə Heyəti “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da …