Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / İstehlak kreditləri daha da artıb

İstehlak kreditləri daha da artıb

Azərbaycanda ilin əvvəlindən kredit qoyuluşları 16.1% artıb ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb.

Bu, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda deyilir ki, bankların başlıca resurs mənbələrindən olan əhalinin bank əmanətləri ilin əvvəlindən 3.7% artaraq 8.7 milyard manata çatıb. Əmanətlərin 84.4%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Maliyyə sektorunda restrukturizasiya proseslərinin tamamlanmaması əmanətlərin sığortalanması sisteminin təkmilləşməsinə ləngidici təsir edən amillərdən biri olub.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …