Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulda törədilən terrorda 29 ölü, 166 yaralı – VİDEO

İstanbulda törədilən terrorda 29 ölü, 166 yaralı – VİDEO

İstanbulda ötən axşam törədilən terrorda ölənlərin və yaralananların rəsmi sayı açıqlanıb.

Türkiyənin baş naziri Binəli Yıldırım polis avtobusunun partladılması nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin müxtəlif dərəcədə yaralar aldığını açıqlayıb. Ölənlərin 27-i polisdir. Baş nazir terror aktı ilə bağlı bütün Türkiyə ərazisində matəm elan edilməsi haqda sərəncam verib. Bu gün bütün dövlət idarələrində Türkiyə bayraqları endirilib.

Xəbər verildiyi kimi terror aktı yerli vaxtla saat 22.30-da İstanbulun Beşiktaş rayonunda, “Vodofone Arena” stadionunun yaxınlığında, “Beşiktaş” və “Bursaspor” komandaları arasında futbol matçından sonra törədilib. Əvvəlcə polis avtobusunun içərisinə yerləşdirilmiş bomba işə düşüb, ardınca terrorçu-kamikadze özünü partladıb.

Terror aktını hansı qruplaşmanın törətdiyi hələ müəyyən edilməyib. Bununla belə rəsmilər 10-a yaxın şübhəlinin saxlanıldığını xəbər verir. Prezident Rəcəb Tayyib Ərdoğan terror aktı ilə bağlı bəyanatla çıxış edərək deyib ki, istər İŞİD, istər FETÖ və ya PKK olsun, terror aktını kim törədibsə öz cəzasını alacaq. “Biz millət olaraq bu canilərin izini heç vaxt əldən buraxmayacağıq”-Ərdoğan bildirib.

Şahidlərin bildirdiyinə görə, partlayış futbol matçının başa çatmasından təxminən 10 dəqiqə sonra baş verib. Komandaların azarkeşlərini daşıyan avtobuslar yola çıxıb, bunun ardınca polis avtobusu hərəkətə gələn kimi partlayış olub. Cəmi 45 saniyə sonra terrorçu-kamikadze özünü partladıb. Belə görünür ki, əsas hədəf stadionda asayişi təmin edən polislər olub.

Xatırladaq ki, Türkiyədə bundan əvvəl də dəfələrlə çoxsaylı insan tələfatına səbəb olan terror hücumları törədilib. (Virtualaz.org)

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın