Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb

İstanbulda terrorçu kamikadzelərlə birlikdə Azərbaycan vətəndaşı saxlanılıb

İstanbulda kamikadze olduğu ehtimal edilən iki şəxs saxlanılıb. APA-nın “Yeni Safak”a istinadən verdiyi xəbərə görə, saxlanılanların “Bunyod” və “Zubeyr” kod adı altında qeydə alınmış Özbəkistan və Tacikistan vətəndaşı olduğu bildirilir.

Məlumata görə, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.

Terrorçu kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə Özbəkistan və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilir. Sonuncuların ölkədən deportasiya ediləcəyi gözlənilir.

Saxlanılanların kimliyi açıqlanmır.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın