Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulda partlayış: 1 ölü, 6 yaralı – FOTOLAR, CANLI YAYIM

İstanbulda partlayış: 1 ölü, 6 yaralı – FOTOLAR, CANLI YAYIM

“Euronews” telekanalının verdiyi məlumata görə, İstanbulda baş vermiş partlayışda 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralı və ölü sayının artacağı istisna edilmir. 
Musavat.com xəbər verir ki, ilkin araşdırmalara görə, partlayış metronun üst keçidinə qoyulmuş bombanın partlaması nəticəsində yaranıb. Hazırda hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.
 
****
 
19:48
 
İstanbulun Bayrampaşa səmtində partlayış səsi eşidilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Bayrampaşa metrosunda partlayış səsi eşidilib. Baş verən partlayışın səbəbi bilinmir. Bölgəyə çox sayda təcili tibbi yardım maşınları yönləndirilib. Vətəndaşlar bomba həyəcanı yaşayır.
Partlayışın digər səmtlərdə də eşidildiyi bildirilir.
İstanbullular “Twitter”sosial şəbəkəsində partlayış səsi eşitmələri ilə bağlı mesajlar paylaşırlar.
İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər yaralanıb.
bayrampasa.jpg

 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın