Ana səhifə / İqtisadiyyat / İstanbulda Almaniyanın baş konsulluğu mühasirəyə alındı

İstanbulda Almaniyanın baş konsulluğu mühasirəyə alındı

Polis İstanbulda Almaniyanın baş konsulluğunu əhatəyə alıb.

“Deutsche Welle” xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları binaya aparan yolu bağlayıblar və suatan düzüblər.

Tədbirlər konsulluğun qarşısındakı etiraz aksiyası ilə əlaqədar həyata keçirilib. Etiraz aksiyasının iştirakçıları Bundestaqın “erməni soyqırımını” tanıyan qətnaməsinə qarşı çıxış ediblər.

Daha öncə Türkiyə XİN-in Almaniyanın qondarma erməni soyqırımını tanıması ilə əlaqədar bu ölkənin Tükiyədəki səfirini nazirliyə çağırılması barədə məlumat yayılıb. Türkiyə, həmçinin Berlindəki səfirini məsləhətləşmələr üçün Türkiyəyə geri çağırıb.

İyunun 2-də Almaniya parlamenti “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib. Türkiyə bu qərarı pisləyib. Qətnaməni demək olar ki, bütün parlamentarilər dəstəkləyib, yalnız bir deputat əleyhinə səs verib, bir deputat isə bitərəf qalıb.(oxu.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın