Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulda 39 nəfərin öldürüldüyü gecə klubu yerlə-yeksan edildi – FOTO

İstanbulda 39 nəfərin öldürüldüyü gecə klubu yerlə-yeksan edildi – FOTO

Yanvarın 1-nə keçən gecə İstanbulun mərkəzində dəhşətli terror aktının törədildiyi “Reina” əyləncə mərkəzi sökülür. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında klubun söküntüsünə başlanılıb. Ekskavatorlar təxminən 45 dəqiqə müddətində tikilini yerlə-yeksan edib.

Bildirilir ki, məlum hadisədən sonra sahibləri tərəfindən qapadılan əyləncə mərkəzinin yerində başqa obyekt inşa ediləcək.

Qeyd edək ki, yeni il gecəsi “Reina”da törədilmiş terror aktında 39 nəfər həyatını itirib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın