Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulda 1 May nümayişləri: 207 nəfər saxlanıldı

İstanbulda 1 May nümayişləri: 207 nəfər saxlanıldı

İstanbul polisi bu gün Taksim meydanında icazəsiz 1 May nümayişi keçirmək istəyən 200-dən çox şəxsi saxlayıb.

Trend-in məlumatına görə, İstanbul valiliyindən ümumilikdə 207 nəfərin saxlanıldığını bildiriblər.

Polis nümayişçilərdən 40 “Molotov kokteyli”, 17 əl qumbarası, 176 taraqqa və bir neçə plakat götürüb.

*   *   *11:02

1 May – Beynəlxalq Əmək Günü ilə əlaqədar olaraq, İstanbulda bir sıra bərə səfərləri, metro stansiyaları, bəzi avtomobil yolları, o cümlədən Taksim meydanına gedən yollar bağlanıb.

Trend-in məlumatına görə, səhər saatlarında Taksimdə əllərində plakat tutaraq şüarlar səsləndirən 2 qadın saxlanılıb.

Hazırda şəhərin bir çox istiqamətlərində 1 May münasibətilə gözlənilən yürüşlərə görə polis təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın