Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İqtisadiyyat / İstanbul aeroportundakı partlayışda yaralananlardan biri öldü

İstanbul aeroportundakı partlayışda yaralananlardan biri öldü

İstanbulun “Sabiha Gökçen” beynəlxalq hava limanında baş verən partlayış nəticəsində yaralanan iki nəfərdən biri ölüb.
“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb .
Partlayış nəticəsində hava limanında çalışan təmizlik şirkəti işçiləri Canan Çelik Burgucu (33 yaş) əlindən, Zəhra Yamac (30) isə kəllə nahiyəsindən yaralanmışdı. Onlar xəstəxanaya yerləşdirilsə də, Zəhra Yamac aldığı zədədən həyatını itirib.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Hava limanına gedən yollarda hərkət edən avtomobillərdə yoxlama aparılır. Əməliyyata polis helikopterləri havadan dəstək verir.
Hava limanının rəhbərliyi isə uçuşların qrafikə uyğun davam etdiyi haqda bəyanat verib.
*   *   *
10:40
Bu gecə İstanbulun “Sabiha Gökçen” beynəlxalq hava limanında partlayış baş verib.
Virtualaz.org Türkiyə mediasına istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfər yaralanıb.
Yaralananlar hava limanında təmizlik xidmətinin işçiləri olub. Onlar dərhal Mərmərə Universitetinin Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hələlik partlayışın dəqiq səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Bundan əlavə, hava limanına gedib-gələn yollarda polis postları qurulub.

Həmçinin oxuyun

Şəhid ailələri və qazilərə veriləcək təqaüd məbləği sabit olmamalıdır (ŞƏRH)

Açıqlanan məbləğlər ilkin gözləntilərə tam cavab vermir”.Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın bütövlüyü uğrunda şəhid olan …

Bir cavab yazın