Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İsrailin xüsusi xidmət orqanı “Shin Bet”-in rəhbəri: Şərqdə Türkiyə liderliyində Sünni ittifaq qurulacaq

İsrailin xüsusi xidmət orqanı “Shin Bet”-in rəhbəri: Şərqdə Türkiyə liderliyində Sünni ittifaq qurulacaq

İsrailin daxili xüsusi xidmət orqanı “Shin Bet”in keçmiş rəhbərinin 2013-cü ilə ABŞ-ın “CBS” telekanalına verdiyi müsahibəsində söylədiyi hədəflər Səudiyyə Ərəbistanının sayəsində reallaşır.
İsraillə həqiqətən sıx təmasda olan Səudiyyə Ərəbistanı “İslam Ordusu” adı altında sünni koalisiyasına rəhbərlik etməsi, Türkiyə ilə İsrail münasibətlərinin normallaşmasındakə səyləri, həmçinin Səudiyyə Ərəbistanın ən yaxın müttəfiqlərindən biri olan Misirlə də münasibətlərin qaydasına düşməsi üçün də sərf etdiyi iradə, Ami Ayalonun 2013-cü ildə irəli sürdüyü regional qütbləşmənin başladığını göstərir.
Müsahibə alan: Carli Roz
Müsahib: Ami Ayalon (Shin Bet sabiq rəhbəri)

CR: Bilinməyənləri aydınlaşdırmaq üçün öncə “Shin Bet” ilə başlayaq. “Shin Bet” nə olduğunu bizə deyə bilərmisiniz ? “Mossad”ı hər kəs tanıyır, bəs, “Shin Bet”in fəaliyyəti hansı istiqaməti əhatə edir ?
AA: “Shin Bet”i Birləşmiş Ştatların “FBI” xüsusi xidmət orqanı ilə eyniləşdirə bilərsiniz. İsrailin milli təhlükəsizliyinə cavabdeh gizli xüsusi xidmət orqanıdır.
CR: Sizin kimi rəsmi fəaliyyətinə son vermiş insanlarda adəta daha çox aşkar və dəqiq formada fikirlərini söylədiyini görürük, sizin üçün də bunu demək olarmı ? Səbəbi nədir?
AA: Məncə, bizim bir çoxumuz yanlış yolda olduğumuzu düşünürük. Çıxılmaz bir yolla irəliləyirik. Bu gün Fələstinlə razılaşmaq keçmişlə müqayisədə daha çox önəmlidir, hətta təcilidir. Fəqət keçmişlə müqayisədə indiki zamanda həll yolu az inandırıcıdır.
CR: Səbəb ?
AA: Çünki Orta Şərqdəki yeni reallıqları baxdığımızda, təhlükəsizlik qaydalarına baxdığımızda gəldiyimiz nəticə budur. Bü gün Orta Şərqi başa düşməyə çalışaq, çox aktiv bir bölgədir. Sizin də vurğladığınız kimi bir çox önəmli faktorlar var. İran, Misir, qeyri-sabitliyə səbəb olan təhlükəsizlik problemləri, Suriya və Türkiyə ilə olan problemlərimiz və dünyadakı iqtisadi böhran. Bütün bunlar həll yolunu tapmağı çətinləşdirir.
Nəticədə biz sadəcə haqlı olmağımız üçün deyil, düzgün bir strategiya seçmək üçün məqsədlərimizi təyin etməliyik və haradan başlayacağımıza qərar verməliyik. Əgər mənə sual versəniz ki, İsrail üçün nə ən böyük təhtid yaradır. O zaman mən bunu keçmişdəki təhlükəsizlik təcrübələrimə əsaslanaraq deyə əminliklə bilərəm ki, bizim üçün ən böyük təhlükə ölkə olaraq yəhudi demokratik kimliyimizin itirilməsidir. Əlbəttə, İran da böyük təhlükədir, lakin İran da bu faktdan sonra gəlir.
Baxın, hər şey bir-biri ilə bağlantılıdır. Hər şeyi yaxşı öyrənib uğurlu strategiya qurma üçün gələcəyə baxmalıyıq və reallıq yaradılmalıdır. Həqiqi bir reallıq, sonda hamımız Orta Şərqdə yaşayırıq. Gələcəkdə quracağımız reallığı müəyyənləşdirdikdən sonra hazırkı duruma görə, strateji istiqamətləri təyin etməyə başlayarsan. Mənə sual versəniz ki, Orta Şərqin 10 il sonrakı real mənzərəsi necə olmalıdır ?
Bu suala bu cürə cavab verərdim. Türkiyənin liderliyində sünni ittifaqı qurulmalıdır. Orta Şərqdəki təhlükəsizlik, sabitlik və dövlətləşmə konsepsiyası bir neçə parametrə əsaslanmalıdır. İlk olaraq çox vacib bir şeyi qəbul etməliyik. Məsələn, bir koalisiy yaradılmalıdır, xüsusən də Türkiyənin liderliyində sünni bir koalisiyanın qurulması çox əhəmiyyətlidir. Niyə, Türkiyə ?
Çünki bir şeyi qəbul etməyimiz lazımdır. Bir gün Orta Şərqdə demokratiyanı bərqərar edə bilsək, bu demokratiya İsrail, yaxud da ABŞ demokratiyası kimi olmayacaq, ya da Qərb liberal demokratiyasın bənzəməyəcək. Bu demokratiya ümid edirəm ki, belə olar, məsələn, Türkiyədəki sistemə bənzər bir sistem ola bilər. Türkiyə bir demokratiyadır, müstəqildir və iqtisadi müstəvidə uğur qazana biləcəyini sübut etmiş ölkədir.
CR: Və laiqdir…
AA: Doğrudur, amma bir şeyi də qəbul etmək lazımdır ki, Orta Şərqdə yaradılacaq hər hansı bir demokratik sistemdə müsəlmanlığın təsiri böyük olacaq. Və bəhs etdiyimiz koalisiyaya, xüsusən də Suriya və Misirdə olanlardan sonra regional gücə Türkiyənin rəhbərlik etməsi lazımdır.
Orta Şərqdəki böyük qarşıdurma İsrail-Fələstin arasında deyil: bu sünni-şiə toqquşmasıdır. İkincisi, İsrailin Orta Şərqdə möhkəmlənməsi və rolunu artırması üçün “Ərəb Birliyi”nin İsraili 1967-ci il sərhədləri çərçivəsində, ya da bir neçə regional dəyişikliklərlə əlaqədar tanıma qərarının icra olunması vacibdir. Və mən Orta Şərqdə böyük münaqişənin İsrail və Fələstin arasında yaşandığını fikirləşmirəm. Ən önəmli ixtilaf sünni və şiələr arasında baş verənlərdir.
Bu ittifaqın qurulması üçün Fələstin-İsrail münaqişəsində bir həllində əldə olunmasına çalışmalıyıq, bu məsələnin həll etmək istədiyimizi göstərməliyik. Və bu şərtlər içərisində ABŞ rəhbərliyi ilə beynəlxalq ictimaiyyət tərəfindən dəstək alacaq bu koalisiyanı qurmağı bacara bilsək, İranın qarşısında dura bilərik. Beləcə, İran təhtidinə qarşı bu koalisiyanı qoya bilərik və nüvəyə sahib bir İrana əngəl ola bilərik. Əgər bu məqsədlə 10 il içərisində bu koalisiyanı reallaşdırmaq istəyiriksə, bu gün İsrail olaraq ciddi addımlar atmağa hazır olduğumuzu sübut etməyimiz lazımdır.
CR: Bu gün bunları həyata keçirtmək üçün İsrail nə edə bilər?
AA: Bu həqiqəti qəbul etməyimiz lazımdır, 2 il öncə soruşsaydınız bu düşüncədə olmazdım. Lakin indi buna əminəm, Fələstin tərəfində müzakirələr arapacaq bir partnyora sahib deyilik. Məsələ Əbu Mazenin (Mahmud Abbasın) istəksizliyi deyil, hazırda Orta Şərqdə liderlər çox zəifdi, əvəzində isə küçələr çox güclüdür. Bu gün Orta Şərq liderləri Mübarək kimi praqmatik liderin sahib olduğu dəstəyə sahib deyildir. Əbu Mazen 2 il öncə verdiyi sözləri həyata keçirtmə gücünə sahib deyil və Netenyahu, Olmertin verdiyi tavizleri əsla verəcək bir lider deyildir. Yəni Orta Şərqdə son illərdə qurulmuş qaydalara görə, Orta Şərqdə küçələr idarə edir və liderlər isə müşahidəçi rolunu icra edirlər. Və bu məqsədlə son 20 ildə keçirtdiyimiz nəticəsiz görüşlər geridə qalıb və daha bu mümkün deyil. Məhz bu səbəbdən yeni model irəli sürürük.
CR: Siz İsrailin Qüdsü Fələstinin paytaxtı kimi tanımasını yanlış kimi qiymətləndirisiniz ?
AA: Fələstinə məxsus şəhəri (paytaxtı) müzakirə etmək üçün bura gəlmədim.
CR: Cavab tələb edən suallara ötəri cavab verirsiniz.
AA: Xeyr, bu düz deyil. Əgər mənim şəxsi fikrim sizi maraqlandırırsa, onda belə deyim, Qüdsdəki yəhudi məhəllələri İsrailin və Ərəb məhələlərinin yerləşdiyi ərazilər isə Fələstinin paytaxtı olması qəanətindəyəm. İsrail isə öz növbəsində təhlükəsizlik divarından kənardakı ərizlərdəki inşaat işlərinə son qoymalıdır.
CR: Təhlükəsizlik divarını hazırda olduğu yerə qalmasının tərəfdarısınız ?
AA: Müzakirələrin nəticə əldə etməsin qədər “bəli”. Müzakirələrdə yerləşdikləri torpaqla bağlı alış-veriş məsələlərində danışa bilərik. O vaxta qədər inşaat işlərini divarın qərb tərəfində davam etdirməliyik. Divarın digər tərəfindəki inşaat və məskunlaşdırma işlərini dayandırmalıyıq. Və bu problemin həllə nail olması Fələstindən asılıdır və müzakirələrə qoşulmadıqları halda 20, 30 ən çoxu 40 il içərisində beynəlxalq ictimaiyyət bizim çəkdiyimiz sərhəddi və inşaa etdiyimiz divarı tanıyacaq. Fələstinin müzakirələrə qatılmaması bizim nəsə itirməyimizlə nəticələnə bilməz. Biz bunu etməyə məcburuq, çünki tək dövlət olmağımız bizim yəhudi demokratik kimliyimizi itirməyimizə yola aça bilər və bu bizim üçün ən böyük hədədir.
CR: Bəzilərinə görə, 2 dövlətli həllin mümkün olmadığı halda, işğalı davam etməsi irqçiliyə, ayrı-seçkiliyə yola açacaq. Bu mənim fikrim deyil, bizlərinin narahatlığı bu yöndədir.
AA: Tamamilə doğrudur, bu qaçılmazdır. Və daha əvvəl vurğuladığım kimi İsrail üçün ən böyük təhlükə yəhudi demokratik indentifikasiyasının itirilməsidir. Mənim əcdadlarım bu ölkəyə gəldiklərində bir xəyala sahibdirlər, açıq söyləmək lazımdırsa, deyə bilərəm ki, onların qurmaq istədikləri ölkə bu yöndə idi. Yəhudilərin sahib olduqları demokratik bir ölkə. Bir demokratik ölkə olmaq üçün vacib olan sərhədlərin təhlükəsiz olması deyil, milli kimliyimizi təyin edən sərhədlər olmalıdır. Təhlükəsizlik bunun nəticə olmalıdır. Bu sərhədlərin içərisində çoxluq biz olmalıyıq, əks təqdirdə dəyərlərimiz, bayrağımızı qoruya bilmərik və yaşadıqlarımızı övladlarımıza izah edə bilmərik.
CR: Niyə, Netenyahu bunları qəbul etmir ?
AA: Bilmirəm, ancaq bir gün söylədiklərimi anlayıb əməl edəcəyini düşünürəm. Əgər mühacirlərin dönə biləcəyi bir Fələstin İsrailin təhlükəsizliyinə fayda verəcəyi qənaətinə gələrsə, mənim fikirlərimə uymaq məcburiyyətində qalacaq. Ancaq yenə də bu onun verəcəyi qərardır.
CR: İran məsələsinə gələk. İsrail İran mövzusunda nə etməlidir ?
AA: İran böyük bir təhdiddir. Biz hərbi cəhətdən güclü və nüvə silahına sahib İranı qəbul edə bilmərik. Zatən etməməliyik. Sual budur, nə qədər vaxtımız var və nə etməliyik ?
Mənə görə, nə qədər zamanımız var məsələsi həyata keçirtmək istədiyimiz planlarla bağlıdır. Əgər biz özümüzü kiminləsə məsləhətləşmədən, dəstək almadan, lazımi atmosferi qurmadan hər hansısa bir şey etməyə cəhd etsək, göstərəcəyi reaksiya ilə üzləşmək və prosesi ləngitməkdən başqa bir carəmiz qalmayacaq. Bizim sahib olduğumuz hərbi güclə işləri ləngitməkdən başqa bir nəticə ala bilmərik. Nüvə proqramını sadəcə bir neçə il ləngidə bilərsiniz. Lakin biz və ABŞ sünni ölkələrindən qurulan bir ittifaqın bir parçası olaraq….
CR: Sünni koalisiyası ilə bərabər nəyi nəzərdə tutursunuz ?
AA: Sünni koalisiyası olaraq Türkiyə, Misir, İordaniya və Səudiyyə Ərəbistanı kimi ölkələri, yəni özlərinə ən böyük təhdidi İsraili deyil, İranı görən ölkələri nəzərdə tuturam. Bu koalisiyanı onlar quacaq və bu birliyin formalaşması üçün İsrail Fələstin münaqişəsini həll etməlidir…
CR: İdeyalarınızın baş tutması üçün bir hadisənin, yaxud konkret bir kəsin təsiri mümkündürmü?
AA: 2012-ci il intifadının ardından mən bir qrup fələstinli ilə tanış oldum. Onlarla Londonda görüşdüm. Məlum olmayan sərhədd zolağının hər iki tərəfində yüzlərlə insan həyatını itirirdi. Bunun qarşısını almaq üçün nə edə bilərmiyik sualına cavab tapmaq üçün görüşürdük. Mən özümə qəhvə hazırlayarkən Fələstindən olan dostlardan biri, ixtisasca Psixoloq və Qəzzadakı savaşdan dolayı travma alan uşaqları müayinə edən kəs mənə yaxınlaşaraq “biz ən sonda qazandıq” dedi. Zəfər əldə etdik dedi. Mən də cavabımda sən dəlisən, yüzlərlə fələstinli ölür, müstəqil dövlət xəyallarınız yox olmaqdadır. Bəhs etdiyin zəfər nə mənaya gəlir ?
O, isə əvəzində sən anlamırsan dedi. Sonra bildirdi ki, Bizim tək istədiyimiz sizə acı çəkdirməkdir. 60 il sonra acı çəkən tərəfin sadəcə biz olmağımıza şərait yaratdıq. Və biz əzab çəkdikcə siz də əzab çəkəcəksiniz. Biz güc şərtləri altında balansı saxlaya bildik. Sənin F-16-ların bizim bombalarımıza qarşı dayandı.
Mən o anda qələbənin mənasını itirdiyimi anladım. Bir-birimizi öldürürük və hər an intiqam axtarışındayıq. Amma bir şeyi unuduruq, intiqam ilə etibarlı bir yəhudi demokratiyasını təəccəsüm edən İsrail qura bilməzsiniz. Məndən soruşsanız əslində Fələstindən olan dostun mənə anlatdığı qorxunc şeydən belə məna çıxdı ki, zəfər çoxlu düşmən öldürməklə qazanılmır, müharibədən sonra yaradılmış reallıq mənzərəsi ilə müəyyənləşir. Və bəzən bu qədər şiddətin içərisində bu məqamı unutduğumuzu düşünürəm.
CR: Bəzilərinə görə, “Ərəb Baharı” İsrailə qarşı bir təhdit yaradır, çünki İsrailin yaxşı münasibətləri olduğu liderləri də təhdit edir. “Ərəb Baharı” İsrail üçün uyğunmudur, yoxsa uyğun deyil ?
AA: Mənə “Shin Bet”in rəhbəri olaraq bu sual ünvanlandı və nə olacağını izah etməyimi istədilər. Mən nazirlikdəki rəsmilərə belə bir cavab verdim: “siz mənə İsrailin atacağı addımları söyləyin və mən də sizin üçün bunun doğuracağı nəticələr haqqında əlimdən gəldiyi qədər doğru analiz edim. İzah etmədiyim şey budur, yəni bu bizə bağlı olan şeydir. Mən pozitiv yanaşıram, amma saf olduğum üçün deyil, ya da lotereya biletini öncədən görə bildiyimlə də əlaqəsi yoxdur. Nəticələrin tamamilə bizim atacağımız addımlarla bağlı olduğuna görə optimis yanaşıram. Məncə, siz öz taleyinizi təyin etmək üçün kifayət qədər gücə qadirsiniz. Əlbəttə, risklər var və hüzursuz bir düzən yaranacaq, amma bu eyni zamanda bizim üçün fürsətlər yaradacaq.
CR: Bu fürsətlərin ömrü nə qədərdir ?
AA: Bax, hər dəfə bu mövzuya təkrar qayıdırıq. Doğrudan da müzakirələr dönəmi arxada qaldı, əgər biz yeni kriteriyalar yaratmağı bacararsaq, o zaman yeni fürsətlər özləri-özünü tezliklə göstərəcək.

Tərəfdar.az

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın