Ana səhifə / İqtisadiyyat / İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək

İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək

Türkiyə parlamenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan qanun layihəsini ratifikasiya edib.

“Hürriyet” yazır ki, qanun layihəsinə əsasən, İsrail 2010-cu ilin mayında “Mavi Mərmərə” hadisəsində yaxınlarını itirən ailələrə 20 milyon dollar təzminat ödəyəcək. Təzminat qanun qüvvəyə mindikdən sonra 25 iş günü ərzində ödənməlidir.

Qeyd edək ki, bu il iyul ayının 29-da İsrail Türkiyə ilə münasibətlərin normallaşmasına dair razılaşmanı təsdiq edib.

Xatırladaq ki, 31 may 2010-cu ildə İsrail hərbçiləri Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə basqın edib, 9 Türkiyə vətəndaşı öldürülüb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın