Bazar ertəsi , Avqust 2 2021
Ana səhifə / İqtisadiyyat / İsrail Ərdoğana rədd cavabı verdi

İsrail Ərdoğana rədd cavabı verdi

İsrail hökuməti Qüdsdə Əl-Aksa məscidində tətbiq edilən yeni təhlükəsizlik qaydalarını ləğv etməyəcək.

APA-nın verdiyi məlumata görə, bunu bu gün İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.
Netanyahu güc strukturlarının rəhbərləri ilə iclasdan sonra bildirib ki, təhlükəsizlik qaydaları dəyişməz qalacaq.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İsraildən yeni qaydaları ləğv etməyi tələb etmişdi.

Həmçinin oxuyun

İnam Kərimovun GİZLİ QAZANC ÜNVANI – İDDİA

2021-ci il iyul ayının 20-21-də qeyd olunan müqəddəs Qurban bayramı günlərində Kənd Təsərrüfatı Nazirliyi əməlli-başlı …

Bir cavab yazın