Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İşıq problemi 100 faiz aradan qaldırılacaq – Açıqlama

İşıq problemi 100 faiz aradan qaldırılacaq – Açıqlama

“Azərişıq” ASC ölkədə elektrik enerjisinin təminatı ilə bağlı yeni məlumat yayıb.
Qurumdan AzVision.az-a verilən məlumata görə, ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində Respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.

“Artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib. Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. İstehsalçı “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı “Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …