Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İŞİD Türkiyəyə qorxunc rus silahıyla hücum edib – Şok

İŞİD Türkiyəyə qorxunc rus silahıyla hücum edib – Şok

İraqın şimalında yerləşən Başika düşərgəsinə hücum edən İŞİD terrorçularının Rusiya istehsalı raketlərlə silahlandığı məlum olub.
Axar.az xəbər verir ki, hücum əmri Başika düşərgəsinin 8 kilometr cənubunda, Hayl Səddam bölgəsində yerləşən İŞİD qərargahından verilib. Terrorçular Sovet İttifaqı dövründə istehsal olunan “Katyuşa” raketləri ilə bazaya hücum etməyə çalışıb.
Xatırladaq ki, terrorçuların hücumu nəticə verməyib. Qarşıdurma nəticəsində 17 İŞİD üzvü öldürülüb. Türkiyə qüvvələri itki verməyib.
Məlumat üçün qeyd edək ki, Katyuşa – BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular II Dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilib. Almanlar buna “Stalin orqanı” adını verib. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı.
Adi artilleriya qurğularına nisbətən “Katyuşa” qısa müddətdə bir neçə raket ata bilir. Bununla düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab imkanı vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. “Katyuşa” raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri-dəqiqdir. Digər tərəfdən batareyanın yüklənməsinə çox vaxt lazım gəlir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın