Ana səhifə / İqtisadiyyat / İŞİD Ramadini ələ keçirdi

İŞİD Ramadini ələ keçirdi

İŞİD terror qruplaşmasının silahlıları Ramadi şəhərini ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri ölkə rəsmiləri yayıb.

Bildirilir ki, günlərdir davam edən aramsız atışmalardan sonra polis və əsgərlər şəhərdən nizamsız qaydada çıxmalı olublar.

Hazırda İŞİD Anbar vilayətinin təxminən yarısına nəzarət edir. Anbar qubernatorunun müavini Faleh al-Issavi bildirib ki, Ramadidə gedən döyüşlərin son iki günündə 500 nəfər həlak olub.

İŞİD-in yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hökumət qoşunlarının tərk etdiyi 8-ci briqada bazasını, tankları və raket qurğularını ələ keçiriblər. Xəbər verilir ki, hökumət qoşunları yaxınlıqdakı Xalidiyyə şəhərinə çəkiliblər. Həmçinin o da bildirilir ki, hökumət qoşunlarının silah-sursatı tükənmək üzrə imiş.

Bəzi məlumatlara görə, İŞİD şəhəri ələ keçirməzdən əvvəl Ramadidə bir neçə kamikadze parrtlayışları törədib. Eyni vaxtda dörd intihar partlayışı Ramadinin cənubundakı Malaab məhəlləsində yerləşən polis korpusunu hədəfləyib.

Baş nazir Heydər al-Abadi qoşunlara şəhəri nəyin bahasına olursa-olsun müdafiə etməyi əmr etmişdi. İraqın ən böyük əyaləti olan Anbarın əsas şəhəri Ramadi Bağdadın 112 kilometrliyindədir.

Xəbər verilir ki, Tikrit şəhərinin İŞİD-dən geri alınmasında əsas rol oynamış şiə birləşmələri zorakılıq etdikləri barədə iddialardan sonra döyüşlərdən geri çəkiliblər.

Bu arada “Reuters” xəbər verir ki, strateji şəhərin İŞİD tərəfindən zəbt edilməsinə Pentaqon reaksiya verib. ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, hətta Ramadi terrorçular tərəfindən alınsa belə, bu, İraq silahlı qüvvələrinin bütövlükdə uduzması demək deyil.

Pentaqonun mətbuat katibi Ellis Smitin sözlərinə görə şəhərin itirilməsi yalnız müəyyən müddət üçün terrorçuların propoqandasına kömək edəcək, belə ki, şəhər geri alınacaq: “Hər bir halda koalisiya İraq silahlı qüvvələrinə dəstək olacaq və şəhər geri alınacaq”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın