Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İŞİD-in Ankarada terror cəhdi: Azərbaycan vətəndaşı yaxalandı, 2 terrorçu güllələndi

İŞİD-in Ankarada terror cəhdi: Azərbaycan vətəndaşı yaxalandı, 2 terrorçu güllələndi

Ankara polisi ötən gecə şəhərin Etimesgut rayonu, Yarpacıq məhəlləsində terror aktına hazırlaşan İŞİD üzvlərinə qarşı əməliyyat keçirib. Virtualaz.org xəbər verir ki, əməliyyat zamanı İŞİD terrorçuları ilə polis arasında atışma baş verib, 2 terrorçu öldürülüb.

Türkiyə mənbələrinin xəbərinə görə polis daxil olan əməliyyat məlumatı əsasında Yarpacık məhəlləsindəki çoxmərtəbəli yaşayış binalarından birinə basqın edib. Əməliyyat Ankaraya terror aktı törətmək üçün göndərilən 2 İŞİD üzvünü zərərsizləşdirmək məqsədi ilə keçirilib. Ankara valisi Ercan Topaca hadisə yerində  jurnalistlərə açıqlamasında bildirib ki, əməliyyat İstanbul polisi ilə koordinasiyalı şəkildə keçirilib. Terrorçuların planının üstü İstanbulda yaxalanan İŞİD üzvünün polisə verdiyi ifadə sayəsində açılıb.

“İstanbuldan təqib edilən Azərbaycan vətəndaşının İŞİD üzvü olduğu barədə məlumat var. Son günlər ərzində bu şəxs fəallıq edib və avtomobil kirayələyərək Ankaraya gəlib, onun hərəkətləri şübhə yaradıb. Həmin şəxs 2 İŞİD terrorçusunu buraya gətirib, daha sonra İstanbula geri qayıdıb və yaxalanıb. İfadəsində özünün və əməliyyatda zərərsizləşdirilən bu iki şəxsin İŞİD üzvü olduğunu, Ankarada terror planlaşdırdıqlarını etiraf edib. Nəticədə təcili şəkildə əməliyyat planlaşdırılıb, 2 İŞİD üzvü silahlı çatışmada öldürülüb”, – vali bildirib.

Topaca deyib ki, öldürülən İŞİD-çilərin şəxsiyyəti və hansı ölkə vətəndaşları olduqları hələ müəyyən edilməyib. Onların qaldıqları mənzildə əl qumbaraları, silahlar tapılıb. “Ehtimal ki, onlar yaxı günlərdə terror aktı həyata keçirməyi planlaşdırırdılar. Əllərindəki silahlar, partlayıcılar güclü, təsirli silahlar, partlayıcılar olub”, – vali deyib.

Vali Topaca onu da deyib ki, terroçuları Ankaraya gətirən Azərbaycan vətəndaşının milliyəti hələ müəyyən deyil və yaxın saatlarda onun barəsində ətraflı məlumatlar əldə ediləcək. “Hazırda onun İstanbulda dindirilməsi davam edir, kimliyini açıqlamağa  hələlik icazə yoxdur”-vali əlavə edib.

Qeyd edək ki, Türkiyədə son vaxtlar İŞİD-ə qarşı keçirilən əməliyyatlarda dəfələrlə Azərbaycan vətəndaşları da yaxalanıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın