Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İŞİD-ə qarşı 3-cü cəbhə açıldı

İŞİD-ə qarşı 3-cü cəbhə açıldı

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Cerablus və Çobanbəydən əlavə, İŞİD-ə qarşı Azez istiqamətindən də yeni cəbhə açıb.

Axar.az xəbər verir ki, terrorçuların ikinci paytaxtı hesab edilən Əl-Baba hücumları intensivləşdirən müxaliflər Havak kəndində 4 İŞİD hədəfini məhv ediblər.

Müxalif mənbələr Əl-Babın nəzarət altına keçməsi üçün Havak kəndinin strateji rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, dünən İŞİD-çilərin hücumu nəticəsində 3 türk hərbçisi həlak olmuşdu.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın