Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “İş yox, pul yox, acından ölürük” – Ermənistanın bu günü

“İş yox, pul yox, acından ölürük” – Ermənistanın bu günü

Ermənistanda iqtisadi vəziyyət getdikcək pisləşir. Bölgələrdə səlafət hökm sürür. Sadə vətəndaşlar işsizlikdən ölkəni tərk etmək məcburiyətində qalırlar.

AzVision.az xəbər verir ki, bu barədə Miqrasiya siyasətinin hazırlanması beynəlxalq mərkəzinin Ermənistan bürosunun əlaqələndirmə üzrə məsul şəxsi İnna Qaloyanın keçən həftə bölgələrə etdiyi səfərin yekunlarına dair məlumatda qeyd olunub.

Qaloyab “Past” qəzetinə müsahibəsində bildirib ki, bir çox kənd icra nümayəndələri biznes proqramları, kənd və kəndlilərin bu layihədə iştirakı barədə baş nazirin göstərişinin nədən ibarət olduğunu bilmirlər.

Ümumi qiymətləndirdikdə, vəziyyət o qədər də yaxşı deyil. Kəndlərə gedən yollar biabırçı vəziyyətdədir, kəndlərdə iş, pul yoxdur. Bu səbəbdən kişilər başqa ölkələrə gedirlər.

Darpas, Quqark, Marqahovit, Şahumyan rayonlarında kəndlilər texnika və pul olmadığına görə əkin sahələrini geri qaytarırlar.

Gənclərin böyük hissəsi Rusiyada məskunlaşıb. Təkcə, Marqahovit sakinlərinin 80%-i miqrantdır. Darpas kəndində isə əhali aşağı əməkhaqqı almaqdansa, işləməməyə üstünlük verir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın