Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İş adamı toyuqlarına ad günü keçirib tort kəsdi – MARAQLI

İş adamı toyuqlarına ad günü keçirib tort kəsdi – MARAQLI

Türkiyənin Ədirnə bölgəsində yaşayan  iş adamı  Mustafa Altunxan , bəslədiyi toyuqları üçün  ad günü keçirib. O “doğum günü şənliyini” tort kəsərək qeyd edib.
Moderator.az xəbər verir ki, Mustafa Altunxan  sosial  mediada maraqlı paylaşımlarıyla diqqət çəkir. O, bəəzn, keçi, ilan kimi heyvanlarla   “dialoqlarlarını” da paylaşaraq böyük marağa səbəb olub.  Bu dəfə toyuqlarına ad günü şənliyi təşkil edərək onlara  əliylə tort yedizdirib  və çıxış edib: “Doğum gününüz mübarək olsun. Siz hamınız eyni gündə- bu gün doğulmusunuz. Hər halda toyuqlarına doğum günü qeyd edən ilk  bizik. Siz olmasanız nəvələrim Rüzgara, Mustafaya, Torpağa kim gözəl yumurta verəcək. Siz yeyin ki, gözəl yumurtalar verin”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın