Ana səhifə / İqtisadiyyat / “İrşad Electronics” müştərilərə FIRILDAQ GƏLİR? – GİLEY

“İrşad Electronics” müştərilərə FIRILDAQ GƏLİR? – GİLEY

“İrşad Electronics” mağazalar şəbəkəsinin saytında marketinq yemi olaraq istifadə etdiyi “ilkin ödənişsiz” iddiasının saxtakarlıq olduğunu mənə təkidlə deyirdilər, inanmırdım”. DİA.AZ bildirir ki, bu barədə Elnur İsmayılov adlı istifadəçi “Müştəriyəm Şikayətim Var” sosial qrupunda paylaşım edib.

Narazı müştəri daha sonra yazır: “Bu gün sınadım, həqiqətən elədi. İlkin ödənişsiz adıyla (saytda hər hansı istisna qaydayla bağlı heç bir məlumat yoxdu) online məhsul sifariş verdim. Qadasın aldıqlarım zəng edib deyirlər ki, filan məbləğdə ilkin ödəniş eləməlisiz. Deyirəm bəs saytda başqa cür yazmısız axı, qayıdır ki, ilkin ödənişsiz ancaq vip müştərilər üçündü. Deyirəm orda aşağıda bir yerlərdə qeyd etməlisiz bunu, qayıdır ki, bu məlumat 40 səhifəlik təlimatdı, yerləşdirə bilmirik. 

İctimai profilində sağ göstərib, fərdi müraciətdə soldan vuran adı keçən şirkətin marketinq və müştəri xidmətləri şöbələrinə uzun ömür, can sağlığı arzu edirəm”.

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Beynəlxalq Bank birinci qrup əlilə belə zülm edir

Redaksiyamıza Suraxanı rayon sakini,  Rzayeva İradə Səlim qızı çox təsirli, qandonduran bir şikayət məktubu ünvanlayıb. …