Şənbə , Avqust 17 2019
Ana səhifə / İqtisadiyyat / İraqda silsilə terror aktları – 55 ölü

İraqda silsilə terror aktları – 55 ölü

İraqda yas mərasimində törədilən partlayış, nəzarət-buraxılış məntəqəsinə və İŞİD-ə qarşı döyüşən hərbi birləşmə komandirinin evinə hücumlar nəticəsində 55 nəfər ölüb.

“ Azinforum.az ” ın APA-ya istinadən verdiyi xəbərə görə, ən çox tələfat İŞİD üzvünün yas mərasimində törətdiyi partlayış nəticəsində olub. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 41 nəfər ölüb, 33 nəfər yaralanıb.

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan başqa, İŞİD terrorçularının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 8 polis ölüb, 11 nəfəri yaralanıb. Atışma zamanı 3 terrorçu öldürülüb.

İŞİD-ə qarşı döyüşən hərbi birləşmə komandirinin evinə hücum zamanı onun həyat yoldaşı və üç uşağı ölüb. Zabitin özü evdə olmadığından xəsarət almayıb. Polis tərəfindən təqib edilən terrorçular ələ keçməmək üçün özlərini partladıblar.

Həmçinin oxuyun

Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH

Azərbaycanın turizm potensialı böyük olsa da, ölkəmiz bu sahədə region ölkələrindən geri qalır.  Hətta qonşu …

Bir cavab yazın