Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İraqda 455 jurnalist öldürülüb

İraqda 455 jurnalist öldürülüb

Son 13 ildə İraqda 455 jurnalist öldürülüb.

“Anadolu” xəbər verir ki, məlumatı İraq Jurnalistləri Həmkarlar Təşkilatı yayıb.

Təşkilatın hazırladığı hesabatda bildirilib ki, qanunların işləmədiyi və hüququn qorunmadığı ölkədə jurnalist peşəsi ilə məşğul olmaq təhlükəlidir: “Onların təhlükəsizliyinə təmant yoxdur. İraqda jurnalistlər 2016-cı ildə çoxlu faciə ilə üzləşiblər. İl ərzində media nümayəndlərinə qarşı sui-qəsd və ölüm təhdidləri davam edib. Bu il terrorçu İŞİD qruplaşması Mosulda 20 jurnalist qətlə yetirib”.

Hesabatda qeyd olunub ki, 2003-cü ildə ABŞ işğalından sonra İraqda davam edən xaotik vəziyyət səbəbindən ölkə jurnalistlər üçün təhlükəli yerlərdən biridir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın