Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İraq Türkiyəni hərbi güclə hədələdi

İraq Türkiyəni hərbi güclə hədələdi

İraqın baş naziri Türkiyəni onun ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Lakin xəbərdarlıq edib ki, Türkiyə əsgərləri ölkənin şimalından çıxarılmazsa, Bağdad öz suverenliyinin müdafiəsi üçün hərbi gücdən istifadə edə bilər.

İki ölkə arasında diplomatik çəkişmə, Türkiyə bu ay 150-dək əsgəri Mosul yaxınlığındakı Başiqa məntəqəsinə göndərdikdən sonra başlanıb.

Ankara bildirir ki, bu hərbçilər orada İŞİD-ə qarşı döyüşən İraq qüvvələrinə təlim keçirlər.

Bağdad hazırda İraqın şimal ərazilərinə demək olar ki, nəzarət edə bilmir.

İraq qoşunları Nineva əyalətindəki mövqelərini 2014-cü ilin iyununda itiriblər. O vaxtdan bəri Mosul şəhəri özünü “İslam Dövləti” adlandıran təşkilatın nəzarətindədir.

İraqın baş naziri Hayder əl-Abadi türkiyəli həmkarı Əhməd Davudoğlu ilə telefon söhbətində deyib ki, Ankara qoşunları İraq ərazisindən çıxarmaq barədə verdiyi vədə əməl etməlidir.

Ankara etiraf edib ki, qoşunların İraqın şimalında yerləşdirilməsi məsələsi barədə Bağdadla danışıqlarda anlaşılmazlıq baş verib.

Türkiyə İraqdakı qoşunların yalnız bir hissəsini bu ölkədən çıxarıb. Türkiyə əsgərləri İraqın şimalındakı muxtar Kürdüstan regionunda yerləşdirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bəyan etmişdi ki, Türkiyə hərbi qüvvəsinin İraqdan tam heyətdə çıxarılmasından söhbət belə gedə bilməz.

Vaşinqton öz növbəsində Ankaraya qoşunun çıxarılmasını tövsiyə edib.

Bağdadın hədələrinə cavab verərkən Türkiyə baş naziri Əhməd Davudoğlu deyib ki, İraq öz ərazisinin üçdə birinə nəzarət edə bilmir. O, Bağdada “əgər hərbi gücü varsa, ondan İŞİD-ə qarşı istifadə etməyi” məsləhət görüb.

Eyni zamanda Türkiyə baş naziri iraqlı həmkarı əl-Abadini İraq qoşunlarının Ramadini İŞİD-dən geri alması münasibətilə təbrik edib.

Bundan bir gün əvvəl İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri demişdi ki, Bağdad Ankara ilə münasibətlərdə mümkün diplomatik vasitələrdən istifadə edir, lakin bütün variantları açıq saxlayır.

“Əgər biz öz suverenliyimizi qorumağa məcbur edilsək, döyüşməli olacağıq” – deyə nazir bildirib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın