Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / İranın xarici işlər naziri Ankarada vacib açıqlamalar verdi

İranın xarici işlər naziri Ankarada vacib açıqlamalar verdi

Qətər böhranını müzakirə etmək üçün gözlənilmədən Türkiyəyə səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankarada maraqlı açıqlamalar verib.

İranın paytaxtı Tehrandakı terror aktlarını pisləyən Cavad Zərif bölgədə baş verən proseslərin narahatçılıq doğurduğunu deyib.

“Bölgədə bizi ciddi narahat edən proseslər yaşanır. Düşünürəm ki, İran və Türkiyə bütün baş verənləri ətraflı müzakirə edib bir nəticəyə gəlməlidirlər” — nazir qeyd edib.

Qeyd edək ki, son bir neçə gündür Yaxın Şərq, xüsusilə körfəz bölgəsində ciddi böhran yaşanmaqdadır.

Bir sıra aparıcı ərəb ölkələri, “Müsəlman Qardaşları” təşkilatına yardım etdiyi üçün Qətərlə bütün siyasi əlaqələri dondurub. Ardınca bu gün İranın paytaxtı Tehranda İŞİD terror təşkilatı ard-arda iki hücum gerçəkləşdirib. Terror hadisələri zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb. (Sputnik)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın