Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İranın sabiq prezidentinin qızı 6 ay müddətinə azadlıqdan məhrum edildi

İranın sabiq prezidentinin qızı 6 ay müddətinə azadlıqdan məhrum edildi

ranın keçmiş prezidenti Əliəkəbər Haşimi-Rəfsəncaninin qızı Faizə Haşimi 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Sadiq Amoli Laricaninin bank hesabları haqqında yalan məlumat yaymaqda ittiham olunub.
İranın rəsmi şəxslərinin nüfuzuna zərər vuran belə məlumatlar yayanlar iki aydan iki ilədək azadlıqdan məhrum edilir, yaxud onlara 74 şallaq cəzası verilir.
Faizə Haşimi 2012-ci ildə mitinqə qatıldığı, hakimiyyətə qarşı çıxdığı üçün 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Onun qardaşı Mehdi Rəfsəncaniyə isə maliyyə fırıldağına görə 12 il iş kəsilib və hazırda həbsxanadadır.
İran hakimiyyətinə müxalifətdə olan mənbələr bildiriblər ki, Faizə Haşimi “hakimiyyət əleyhinə” təbliğat apardığına görə mühakimə edilib.
Əliəkbər Haşimi-Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. 2009-cu ildə müxalifət sayılan hakimiyyətdaxili islahatçı xətti müdafiə edərək, keçmiş prezident Mahmud Əhmədinejatla prezident postu uğrunda mübarizə aparmış və məğlub olmuşdu. O, 2017-ci il yanvarın 10-da vəfat edib.(report)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın