Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İranın ali rəhbəri Azərbaycan dilində danışdı

İranın ali rəhbəri Azərbaycan dilində danışdı

İran KİV İranın ali lideri ayətullah Əli Xameneinin Təbrizdən olan azərbaycanlı veteran ilə qısa görüşünün videosunu yayıb.

Azinforum.az bildirir ki, görüş zamanı Xamenei Azərbaycan dilində danışıb. Veteran görmə qabiliyyətini Kürdüstanda müharibə zamanı itirdiyini bildirib və ayətullahdan onun üçün dua etməsini istəyib.

Əli Xamenei veteranın alnından öpüb və onun üçün dua edəcəyini vəd edib.

Qeyd edək ki, Əli Xamenei 1939-cu ildə iyulun 17-də Məşhəddə dünyaya gəlib və ailədəki səkkiz uşaqdan ikincisi olub. O, əslən etnik azərbaycanlıdır.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın