Ana səhifə / İqtisadiyyat / İranın ali dini lideri: “Nüvə danışıqlarının təzyiqlər altında keçməsinə imkan vermərəm”

İranın ali dini lideri: “Nüvə danışıqlarının təzyiqlər altında keçməsinə imkan vermərəm”

“İranın nüvə proqramı ilə bağlı danışıqların təzyiqlər altında keçməsinə imkan vermərəm”.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İranın ali dini lideri ayətullah Əli Xamenei çıxış edib.

“Böyük dövlətlərlə nüvə danışıqlarının təhdidlər fonunda keçməsi İran üçün qəbuledilməzdir. Millətimiz bunu dəstəkləmir. Hərbi təhdidlər danışıqlara kömək edə bilməz”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar mayın 12-də Vyanada bərpa olunacaq.

Həmçinin oxuyun

“Moody’s” neftin qiymətlərinə orta müddətli perspektivdə təsir edəcək amilləri açıqlayıb

“Moody’s” beynəlxalq reytinq agentliyi neftin bir barelinin orta illik qiymətini 60 dollar səviyyəsində olacağı barədə …

Bir cavab yazın