Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İranda xlor sızmasından zəhərlənənlərin sayı 475 nəfərə çatıb

İranda xlor sızmasından zəhərlənənlərin sayı 475 nəfərə çatıb

İranın qərbində xlor sızması səbəbindən zəhərlənənlərin sayı 475 nəfərə çatıb. 

Bu barədə “Associated Press” yerli mətbuata istinadən məlumat yayıb.

Qeyd edək ki, hadisə Dizful şəhərində baş verib. Hazırda xəstəxanada 45 nəfərin müalicə olunduğu bildirilir.

Yerli KİV-in məlumatına görə, xlor sızmasının baş verdiyi anbar su təchizatı ilə məşğul olan şirkətə aiddir.

*   *   *12:32

İranın qərbində xlor sızması səbəbindən 362 nəfər xəsarət alıb.

TASS xəbər verir ki, hadisə Dizful şəhərində baş verib.

İRNA agentliyinin məlumatında qeyd olunur ki, 362 nəfər zəhələnmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın