Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / İranda terror aktı: ölənlər var

İranda terror aktı: ölənlər var

İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərinin Kəhiri postu ərazisində partlayıcı qurğunun işə düşməsi ilə partlayış baş verib. Partlayış nəticəsində bir neçə polisin öldüyü və yaralandığı bildirilir.

Bunu İranın Sistan və Bəluçistan əyalətinin polis komandiri Hüseyn Rəhimi deyib. Bu barədə İranın İRNA agentliyi məlumat verir.

İranın Fars agentliyi isə 3 polisin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.

Partlayışı törədənlər məlum deyil.

H.Rəhimi deyib ki, hadisə ilə bağlı detallar sonradan açıqlanacaq.

İran İslam Respublikasın cənub-şərqində fəaliyyət göstərən müxalif silahlı qruplar özlərini sünni və bəluç azlıqlarının tərəfdarları elan edirlər. Onların indiyədək dəfələrlə təşkil etdikləri partlayışlar nəticəsində polislər və hərbi qulluqçular həlak olub (“Trend”).

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank “batır”: “Expressbank”dan 25 milyon depozit geri çəkilib

“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.  “APA-Economics” banka istinadən xəbər verir ki, …

Bir cavab yazın