Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)

İranda qadınları zorlayan iki şəxsi asdılar – FOTO (18+)

İranda cinsi təcavüzdə və qətldə günahlandırılaraq ölüm hökmünə məhkum edilən daha 2 nəfər ictimaiyyət qarşısında edam edilib.
Hər iki müttəhim, iyunun 5-i sübh saatlarında İranın Şiraz şəhərinin küçələrindən birində ictimaiyyət qarşısında dar ağacından asılıb.
Adı mediaya açıqlanmayan müttəhimlərdən biri, bir neçə il ərzində gecələr gizli şəkildə evlərə daxil olaraq oğurluqla yanaşı, onlarla qadına təcavüz etməkdə təqsirli bilinib.
Bir qadını zorladıqdan sonra qətlə yetirməkdə günahlandırılan digər müttəhimin isə adı, Muctaba G. kimi mediaya işıqlandırılıb. Hər iki şəxs, dar ağacı kimi istifadə edilən iki krandan asılıb.
Son aylarda İranda edamların sayı kəskin dərəcədə artıb.
İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.(Turkustan.info)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın