Ana səhifə / İqtisadiyyat / İranda məclisi ələ keçirdilər, silah səsləri gəlir

İranda məclisi ələ keçirdilər, silah səsləri gəlir

İranda parlamentin binasına girməyə çalışan silahlı şəxs həbs edilib.

Bir az öncə İran parlamentində silah səsləri eşidildiyi barədə xəbər yayıldı.

“Ölkə.Az” xəbər verir ki, parlament binasına girməyə cəhd edən silahlı şəxs həbs edilib. O, polisdən qaçmağa çalışan zaman həbs olunub.

Sözügedən şəxsin kimliyi barədə hələlik açıqlama verilmir.

Polis tərəfindən həbs edilən silahlı şəxs parlamentə girməyə çalışarkən mühafizə əməkdaşına və iki mülki şəxsə atəş açıb. Mühafizə əməkdaşı ayağından yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

***

“Ölkə.Az” xəbər verir ki, “Fars” və “Mehr” agentlikləri bu barədə xəbər yayıblar. İranın “Tasnim” xəbər agentliyinin məlumatına əsasən, silahlı toqquşma davam edir və parlamentdə bəzi insanlar girov götürülüb.

Parlamentdə silah səsləri davam edir. Mühafizə xidmətinin bir əməkdaşı yaralanıb. 3 silahlı şəxs iki nəfəri yaralayıb. “Fars” agentliyinin xəbərinə əsasən, hücumçu hadisə yerindən qaçıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın