Ana səhifə / İqtisadiyyat / İranda kütləvi istefalar başladı – Yüksək maaş aldıqları üçün…

İranda kütləvi istefalar başladı – Yüksək maaş aldıqları üçün…

İranda bankirlər kütləvi şəkildə istefaya gedirlər.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, istefa dalğası mətbuatda bir sıra dövlət strukturlarının top-menecerlərinin “astronomik maaşları” ilə bağlı dərc olunan yazıdan sonra başlayıb .

İranda artıq yüksəkvəzifəli məmurların maaşları ilə mübarizə kampaniyasına start verilib. Bu səbəbdən bir sıra iri bankların rəhbərləri könüllü və ya direktorlar şurasının qərarı ilə istefaya göndəriliblər.

Ötən həftə İranın ali dini lideri Əli Xameneyi prezident Həsən Ruhaniyə bu məsələni həll etməyi və nəticə ilə bağlı xalqa məlumat verməyi tapşırmışdı.

Qeyd edək ki, yerli mətbuat bəzi dövlət şirkətləri, bank rəhbərlərinin və nazirliklərin əməkdaşlarının hər ay 40-60 milyon tuman, təxminən 11,5-17 min dollar aldıqlarını yazıb. Buna baxmayaraq, ölkədə orta aylıq gəlir 400 dolları keçmir.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın