Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “İran və Türkiyədən sonra hamı anladı ki, bizim yolumuz düzgündür” – DEPUTAT

“İran və Türkiyədən sonra hamı anladı ki, bizim yolumuz düzgündür” – DEPUTAT

Yaxın qonşularımız olan Rusiyada, İranda və Türkiyədə milli valyutaların sürətlə dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına təsir edə bilərmi?

Virtualaz.org-un bununla bağlı sualını cavablandıran iqtisadçı, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Rusiyada, İranda və Türkiyədə baş verən mənfi proseslər ölkəmizin iqtisadi vəziyyətinə təsir etməməlidir.

 

“Qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi müəyyən mənada bizim üçün hətta sərfəlidir, belə ki, həmin ölkələrdə istehsal edilən mallar idxal üçün daha ucuz olacaq. Bununla bərabər, Azərbaycan əlindən gələni etməlidir ki, valyuta bazarını qoruyub saxlaya bilsin. Bunun üçün əlverişli şərait də mövcuddur – neftin qiyməti yüksəkdir, xarici ticarət əməliyyatlarının saldosu müsbətdir”, – deputat hesab edir.

Buna baxmayaraq, V.Əhmədov qeyd edib ki, uzunmüddətli perspektivdə qonşu ölkələrdə milli vatyutaların dəyər itirməsi Azərbaycana da mənfi təsirini göstərə bilər. Ticarət balansı əksinə artmağa başlayacaq – Rusiyadan, Türkiyədən və İrandan mal gətirmək sərfəli olacaq, lakin bu həm də o deməkdir ki, Azərbaycandan valyuta həmin ölkələrə axa bilər. Buna görə də, hökumətin bu prosesə ciddi nəzarəti lazımdır. Eyni zamanda, son hadisələr bir daha göstərdi ki, Azərbaycanın tutduğu yol özünü doğruldur.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …