Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / İran və Ermənistan prezidentləri arasında telefon danışığı olub

İran və Ermənistan prezidentləri arasında telefon danışığı olub

İran prezidenti Həsən Ruhani ilə onun erməni həmkarı Serj Sərkisyan arasında bu gün telefon danışığı olub. Musavat.com-un məlumatına görə, zəngi Sərkisyan edib.
Erməni qaynağının məlumatına görə, tərəflər iki ölkə arasında əlaqələrin mövcud durumundan razılıq ifadə edib, regional və qlobal əhəmiyyət kəsb edən bir sıra aktual problemləri müzakirə ediblər. Həmçinin, əlaqələrin inkişaf perspektivindən danışıblar.
“Ruhani və Sərkustan zəruri iradə olarsa, danışıqlar yolu ilə istənilən məsələdə həll yolu tapmağın mümkünlüyünü qeyd ediblər ” – məlumatda deyilir. İran prezidenti Ermənistanla əlaqələrin genişlənməsi və dərinləşməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Telefon danışığı zamanı habelə qarşıdakı görüşlərin proqramları müzakirə edilib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın